smart
smart

İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsinin İsmayıllı Rayon Şöbəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyirik” devizi altında maarifləndirmə tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən natiqlər – məktəbin direktoru Etibar Abdulov, İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Rasim Rəhimov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İsmayıllı Rayon Şöbəsinin əməkdaşı Aydın Səmədov şagirdlərə narkomaniya və onun fəsadları barədə məlumat veriblər.

Sonda mövzu ilə əlaqədar sənədli film nümayiş etdirilib. Tədbir maraqlı diskussiya şəraitində davam etdirilib.

Məktəb rəhbərliyi tədbirin təşkilatçılarına müəllim və şagird heyəti adından təşəkkür edib.

İsmayıllı xəbərləri”

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir