Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşəbbüsü ilə ölkə ərazisində, bələdiyyə hüdudlarında mövcud olan qəbiristanlıqlarda mühafizə, abadlıq və təmizlik işlərinin aparılması məqsədi ilə 22 may 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək bələdiyyələr tərəfindən “Abad və təmiz qəbiristanlıq aylığı”nın keçirilməsi tövsiyə olunub.

Bu məqsədlə bələdiyyələrin həmin ay ərzində görəcəyi işlərə dair tövsiyə və cədvəllər Milli Assosiasiyalar tərəfindən hazırlanaraq bütün bələdiyyələrə göndərilib.

Bir daha diqqətinizə çatdırırıq ki, keçiriləcək aylıq təkcə qəbiristanlıq ərazilərinin təmiz saxlanılmasını deyil, həm də dünyasını dəyişmiş insanların – yaxınlarımızın ruhlarına göstərəcəyimiz ehtirama köklənmiş bir məsələdir

Əhalinin kütləvi şəkildə bu təşəbbüsə qoşulması üçün birlik nümayiş etdirib diqqətli olmağınızı, bu xeyirxah təşəbbüsə ürəkdən yanaşmağınızı xahiş edirik.

Göstərilən müddət ərzində yerlərdə görülmüş işlər, əldə olunmuş nəticələr  barəsində məlumatlar tövsiyələri ünvanlamış tərəfə çatdırılacaqdır.

Əziz ismayıllılar, rayon bələdiyyələrinin keçirəcəyi bu aylığa diqqətlə yanaşılacağına inanırıq.

Pərviz Ağayev,

İsmayıllı Rayon Bələdiyyələrinin Əlaqələndirmə Şurasının sədri      

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir