Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə keçirilən mini futbol üzrə idarə, müəssisə və təşkilatlar arasında keçirilən turnirin “A” və “B” qrupları üzrə oyunların birinci mərhələsi 1 may 2023-cü il tarixdə Heydər Əliyev adına Rark ərazisində yerləşən süni örtüklü mini futbol meydançasında baş tutub.
Oyunlar tədbir açıq elan oldunduqdan sonra başlayıb. Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi – Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkəmizdə bütün sahələrin inkişafda olduğu bir dövrdə təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil.
Maraqlı və gərgin keçən oyunlarda İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin futbolçuları İsmayıllı Regional Mədəniyyət İdarəsindən olan rəqiblərinə 6 – 2 hesabı ilə uduzublar. İsmayıllı Elektrik Şəbəkəsi İdarəsinin təmsilçiləri Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı sektoru kamandasının qapısından 2 top keçirib, öz qapılarında isə 8 top görüblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin futbolçuları İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qapısına 10 topa qarşı cəmi 1 top vura biliblər.
İsmayıllı Olimpiya-İdman Kompleksi ilə İsmayıllı Qaz İstismar Sahəsi komandaları arasınndakı oyun isə 0 – 8 hesabı ilə başa çatıb. Nəticələr göstərir ki, hücumçuları fəal olan komandaların qapıçıları o qədər də gərginlik yaşamayıblar.
Qalib komandaları təbrik edir, növbəti mərhələdə də uğur qazanmalarını arzulayırıq.
“İsmayıllı xəbərləri”