“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İsmayıllı Rayon Məhkəməsinin Tədbirlər planı çərçivəsində 19 aprel 2023-cü il tarixdə İsmayıllı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən İlqar Hüseynov və məhkəmə və yerli Ədliyyə qurumları əməkdaşlarının iştirak etdiyi aksiyanın məqsədi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.
Aksiyada rayonun iqliminə uyğun meyvə və şam ağacları əkilərək suvarılıb. Həmçinin, əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Ağacların mühafizəsi və mütəmadi qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.
E.Qasımova