İsmayıllı rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq İsmayıllı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi gül dəstələri ilə ziyarət olunub, Ulu öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Heydər Əliyev Mərkəzində davam edən Konfransda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdirinin səlahiyyətlərini müvəqqəti icra edən, əməkdar müəllim Rövşən Əliyev, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, RİH-in məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov istər sovet dövründə, istərsə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə azərbaycançılıq ənənəsinin formalaşmasının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu günə qədər ulu öndərin ideyalarının layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Çıxışçılar ötən illər ərzində Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qaldığını və onu inkişaf etdirdiyini qeyd ediblər. 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı.

Sonda rayon təşkilatında səmərəli fəaliyyətinə görə, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fərqlənən bir qrup partiya fəalları YAP İsmayıllı rayon təşkilatının fəxri fərmanları və partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Fazil Əzimov adına uşaq incəsənət məktəbinin rəsm müəllimi Qardaşova Fidan Nəcəf qızına da Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olundu. Təbrik edir, gələcək işlərində də uğurlar arzulayırıq.

İlqar Əhmədli

 

 

 

 

 

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir