İsmayıllı rayonunun Qarakolluq kəndində səyyar qəbul keçirilib.

Səyyar qəbulda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Nahid Bağırov, İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, xidməti idarə və müəssisələrin cavabdeh şəxsləri, kənd sakinlərinin bir qrupu iştirak edib.

Sakinlərin təklifləri, istəkləri dinlənilib, onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılıb. Səsləndirilən bir çox problemli məsələlər yerindəcə həll olunub. İcrası araşdırma – zaman  tələb edən məsələlər nəzarətə götürülüb.

Qeyd edək ki, vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr RİH-nin, eləcə də xidməti idarə, müəssisə və təşkilatların gündəlik fəaliyyətinin əsasını təşkil edir.

Səyyar görüşlər sayəsində yerində və vaxtında göstərilən xidmətlər dövlət-vətəndaş məmnunluğuna nail olmağın ən real yoludur.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir