7 aprel 2023-cü il tarixdə E.Həsənov adına Mücühəftəran kənd tam orta məktəbində ümummilli lider Heydər Əliyev adına “Gənc Heydərçilər – gələcək diplomatlar” adlı dərnəyin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Namiq Ağaməmmədov dərnəyin təşkil edilməsinin şagirdlərin gələcək həyatında müstəsna əhəmiyyəti olacağını, üzvlərlə mütamadi mentor məşğələlərinin keçiriləcəyini bildirib.

Sonda dinləyicilərə üzvlük biletləri təqdim olunaraq uğurlar arzulanıb. Qeyd edək ki, dərnəyə gizli səsvermə yolu ilə 12 üzv seçilib və dərnək rəhbəri məktəbin uşaq birliyinin rəhbəri şair-publisist Nailə Bayramova (Yırğançaylı) təyin olunub.

İsmayıllı xəbərləri”

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir