Bu  səyyar qəbul mart ayının 2-də İsmayıllı Rayon İcra Hakimiyyəti Nahid Bağırovun rəhbərliyi, rayonun hüquq-mühafizə orqanları, xidməti idarə məsullarının iştirakı ilə E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə baş tutub.

Səyyar qəbulda məktəbətrafı ərazidə yaşayan şəhər sakinlərinin təkliflərini, istəklərini dinləyib, onları narahat edən problemlər diqqətlə araşdırılıb.  Səsləndirilən bir çox problemli məsələlər yerində həllini tapıb. İcrası zaman, əlavə diqqət tələb edən məsələlər isə nəzarətə götürülüb.

Qeyd edək ki, vətəndaş müraciətlərinə həssaslıqla baxılıb və qaldırılan hər bir məsələlə diqqətlə araşdırılıb.  Səyyar qəbullarda qaldırılan problemlərin həllinə nail olmaq ölkə Prezidenti cənab İlham Əliyevin bölgə və rayon rəhbərləri qarşısına qoyduğu  başlıca vəzifələrdəndir və bu məqsədə nail olmaq yerlərdə gündəlik fəaliyyətin əsasını təşkil edir.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir