Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr əlaqədar idarələrin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
30 yanvar 2023-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun Buynuz kəndində səyyar qəbul keçirib.
Qəbulda vətəndaşların arzu və müraciətləri dinlənilib. Həlli dərhal mümkün olan məsələlər barədə aidiyyəti xidmət müəssisələrinin qəbulda iştirak edən rəhbərliyinə tapşırıqlar verilib. Məsələlərin bir qismi əlaqədar təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb. Kənd sakinləri keçirilən qəbul-görüşdən razı qaldıqlarını bildiriblər.