İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Gənclərin asudə vaxtının səmərəli təşkili” mövzusunda dəyirmi masa keçirilib.
Şəhər və rayonlarda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların bilik və bacarıqlarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətində müzakirələr aparılıb.
Dəyirmi masada Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə İsmayıllı Rayon Təhsil Sektoru, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, İsmayıllı Peşə Tədris Mərkəzi, Gənclər və İdman İdarəsi, Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Mədəniyyət evi, Olimpiya İdman Kompleksi və özəl idman klublarının nümayəndələri və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi yanında yaradılan ekspert qrupunun üzvləri iştirak edib.
“İsmayıllı xəbərləri”