İsmayıllının, xüsusilə də İsmayıllı şəhərinin sanitar təmizliyini qorumaq və yaxşılaşdırmaq məqsədi ilə məişət tullantıları üçün rayonun Kommunal Müəssisələri Kombinatına  növbəti dəfə yeni konteynerlər gətirilib. Ümumi sayı 75 olmaqla,  konteynerlərin 50 ədədi plastik materialdan, 25-i isə dəmirdəndir. Alınmış yeni konteynerlər rayonun müxtəlif yerlərinə və şəhərdə ehtiyac duyulan küçələrinə qoyulacaqdır.

Məlumat üçün bildirək ki, şəhər sakinlərinin müraciətləri əsasında bir müddət əvvəl də rayonun müxtəlif ərazilərinə məişət tullantıları üçün yeni konteynerlər qoyulub. Aydın məsələdir ki, konteyner sayının artımı  yaşayış məntəqələrimizin təmiz saxlanması üçün zəruri imkan yaradır.  Qoyulan konteynerlərdən istifadə etməkdə və onların qorunmasında  istifadəçilərdən diqqət tələb olunur.

İsmayıllı xəbərləri”

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir