İsmayıllı Rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun növbəti iclası keçirilib.
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasına uyğun olaraq keçirilən iclasda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu”nun sədri Sevil Əhmədova çıxış edərək Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıdığını bildirib. Qeyd edib ki, məişət zorakılığı hallarının qarşısının alınması dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsini vurğulayan natiq əksər hallarda zorakılığın baş verməsi faktının gizli saxlanılmasından danışaraq belə halların müəyyən edilməsinin vacibliyini qeyd edərək, məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışdı.
Bələdiyyələrin nəzdində yaradılmış “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiya”lar məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsinə təkan verəcəyini vurğulayıb.
Çıxış edənlər Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən biri olduğunu qeyd edərək ailədaxili zorakılıqdan ən çox zərər çəkənlərin uşaqlar olduğunu vurğulayıblar. Ana-ata arasındakı mənəvi və fiziki basqı altında çox vaxt uşaqların qaldığını, valideynlər arasındakı anlaşılmazlıqlardan, zorakılıqdan uşaqların da payına düşdüyünü bildirərək, ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş istər fiziki, istərsə də mənəvi basqı sərgiləyən hər cür davranış uşağın gələcək həyatında silinməz izlər qoyduğunu qeyd ediblər.
İclasda Monitorinq qrupuna daxil olmuş müraciətə baxılıb, gündəlikdə duran məsələlərin həlli yolları və məişət zorakılığının qarşısının alınması mexanizmləri barədə müzakirələr aparılıb.
İclasın gedişi zamanı komissiyanın icraatında olan bir sıra məsələlər müzakirə edilib ve yekun qərarlar qəbul olunub.
Bəhruz Xələfov,