İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyələşdirdiyi qrant müsabiqəsi çərçivəsində Qəbələ Regional Gənclərin Resurs Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında “Ulu öndərin 100 illiyini əks etdirən Azərbaycan tarixi” mövzusunda intellektual oyun keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan müsabiqədə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzini direktoru Cəlil Bağırov və İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov çıxış edərək iştirakçıları salamlayıb və müsabiqənin işinə uğurlar arzulayıblar.

Müsabiqənin nəticələrinə əsasən, sonda qalib komandalar mükafatlandırılıb.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir