smart

İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbini müxtəlif illərdə bitirmiş bir qrup məzunlarla görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd fəal məzunları məktəbin yuxarı sinif şagirdləri ilə görüşdürmək, onlara dəstək vermək üçün maarifləndirmə işləri aparmaq olub.

Tədbirin əvvəlində şəhidlərimizin, qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Etibar Abdulov giriş sözü ilə tədbiri açaraq məzunları salamlayıb, görüşün  mahiyyəti üzrə fikirlərini iştirakçıların diqqətinə çatdırıb. Məzunlar və məktəbin yuxarı sinif şagirdlərinə tədbirlə bağlı təəssüratlarını bölüşüblər.

Görüş maraqlı və yaddaqalan olub. Çıxış edənlərin hər biri belə görüşlərin davamlı olmasının şagirdlər üçün faydalı olacağını vurğulayıb.

Sonda xatirə şəkli çəkilib.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir