Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonunda fəaliyyət göstərən din xadimləri İran İslam Respublikasının anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıblar.

Bəyanatda qeyd edilir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə İranla dost və müttəfiq əlaqələrinin yüksəldilməsinə maraqlı olduğunu qeyd edərək hər zaman onlara dövlətimizin humanist mövqeyini açıqlayıb. İslam ölkələri arasında İranın təklənməməsi və islam ölkələri ailəsində təmsil olunması üçün Azərbaycan hər zaman İranın yanında olub. Lakin son zamanlar baş verənlər göstərir ki, İran hakimiyyəti Azərbaycan dövlətinə qarşı heç də səmimi münasibət bəsləmir.

Bir dəfə də olsun İran rəhbərləri Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, təhqir edilməsinin, minlərlə müsəlmanın qətlə yetirilməsinin haqq-hesabını Ermənistandan tələb etməyiblər. Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl bəyanatlar verərək Azərbaycana qarşı hədələr səsləndirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər.

Biz, Dağlıq Şirvan ruhaniləri olaraq İranın din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə etməsini kəskin qınayırıq və bildiririk ki, mənəvi həyatımıza qarşı, dövlətçiliyimizə qarşı hər hansı təhdid və qarayaxmaya göz yuma bilmərik. İranda din adı altında gizlənən ünsürlərin ölkəmizin daxili işlərinə qarışmasını yolverilməz hesab edirik. Biz dindarlar məzhəbindən asılı olmayaraq daim dövlətçiliyimizə sadiqik, öz Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşmişik və hər zaman dövlət rəhbərimizi dəstəkləyirik!”

Bəyanat bölgədə fəaliyyət göstərən din xadimləri tərəfindən imzalanıb.

A.Səmədov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir