18 yanvar 2023-cü ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 20 Yanvar faciəsinin 33-cü il dönümünə həsr olunmuş “Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirilib.
Tədbirdə kollecin müəllim və tələbələri, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib. İlk olaraq kollecin tarix müəllimi Mövlud Ağayev 20 Yanvar hadisələri haqqında tələbələrə geniş məlumat verib. O, xalqımızın əsrlər boyu başına gətirilən faciələrdən, zaman-zaman günahsız insanların necə dəhşətlərlə üz-üzə qaldığından danışıb. Daha sonra tədbir tələbələrin hazırladıqları, 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər, səhnəciklər ilə davam etdirilib.
Çıxışlarda RİH-in nümayəndəsi Nəsimi Teymurov, kollecin müəllimi Elmir Ağayev 20 Yanvar faciəsi haqqında tələbələri maraqlandıran sualları cavablandırıblar.
Səkinə Qubatova,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin fransız dili müəllimi