Tək oğlum Vüsal Dəmirovun Vətən müharibəsində şəhid olması xəbərini eşidəndə ilk əvvəl xeyli sarsıldım. Qızım və nəvəmlə birlikdə necə yaşayacağımız mənə son dərəcə ağır görünürdü. Ancaq Vüsalın Vətənimizin ərazi bütövlüyü uğrunda son damla qanına qədər rəşadətlə vuruşaraq şəhidlik zirvəsinə ucalması və döyüş yoldaşları ilə mənə çatdırdığı “Anama deyərsiz, ağlamasın, mən ona ucalıq haqqı qazandırmışam” sözləri mənə qürur verdi.
7 yaşından atasız, tək böyütdüyüm Vüsal ailəmizin bütün çətinliklərini öz üzərinə götürmüşdü. Ancaq həyatımızın bundan sonra necə olacağını bir an düşünmədim. Çünki xalqımızın sevimlisi olan Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bütün şəhid analarına əvəzsiz dayaq oldu. Prezidentimizin və Birinci vitse-prezidentimizin bu humanist və xeyirxah addımı dövlət siyasətinin aparıcı faktoruna çevrilərək bütün məmurlar və vətəndaşlar üçün yüksək dəyərləndirilir. Bu səbəbdən də bir şəhid anası olaraq heç bir problem və çətinliklə qarşılaşmıram rayon rəhbərliyinin və digər dövlət qurumlarının dərin hörmətini hiss edirəm.
Vaxtaşırı olaraq müraciət etdiyim Rayon Mərkəzi Xəstəxanası kollektivinin qayğısı və dəstəyini isə xüsusi qeyd etmək istərdim. Kollektivdəki səhiyyə işçilərinin hər biri məni son dərəcə mehribancasına qarşılayır, vəziyyətimlə ciddi maraqlanır və əllərindərn gələn köməkliyi göstərməyə çalışırlar. Bu səbəbdən də kollektivə qəlbən bağlıyam.
Xəstəxananın baş həkimi Vidadi Rəhimovun Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsi məni çox sevindirir.
Şəhidim Vüsalın xatirə albomunda Prezidentimizin Sərəncamı ilə ölümündən sonra təltif olunduğu medalları və digər şəkilləri sırasında belə bir kollektivlə şəklimi də əziz bir xatirə kimi saxlayır və hər bir səhiyyə əməkdaşına təşəkkürümü bildirirəm.
Nüşabə Dəmirova