Soltankənd kəndində baş tutan görüşdə İsmayıllı RİH başçısı Nahid Bağırov, İsmayıllı RPŞ-nin rəisi Şəmşir Kazımov, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Qəbulda iştirak edən kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər mövcud problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, əhaliyə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir