Ə.Ələkbərzadə küçəsi Qaraməryəm-İsmayıllıŞəki avtomobil yolunun 24-28 kilometrliyini əhatə edir. Şəhərin ən böyük və avtomobillərin sıxlıq təşkil etdiyi küçələrindən olan Ə.Ələkbərzadə küçəsində 3000 kvadratmetr hissədə köhnə, nahamar dəmir vərəqlərdən ibarət hasarlar sökülərək müasir tərtibatda dekorativ dəmir lövhələrlə əvəzlənib. Lövhələrin üzəri günəş şualarına və suya davamlı şəffaf boya ilə boyanıb. Bundan əlavə küçədə təmizlik işləri aparılıb və yol kənarlarına dekorativ şam ağacları əkilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir