8 dekabr 2022-ci il tarixində Şahdağ Milli Parkı İsmayıllı bölməsində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri ilə birlikdə tədbir keçirilmişdir. İDHTK-nın bir qrup tələbə və müəllim heyəti Şahdağ Milli Parkına səfər etmişdir. Səfərdə parkın əməkdaşları tələbələrə milli parkın yaranması, flora və faunası və turizm potensialı haqqında məlumat verilmişdir. Daha sonra Milli Park ərazisinə reintroduksiya (Heyvan və bitkinin vaxtilə olduğu, sonra hər hansı səbəbdən yoxa çıxdığı ərazidə yenidən bərpası) olunmuş qafqaz zubrları və qafqaz nəcib maralı haqqında məlumat verilmişdir.

Reintroduksiya layihəsi ölkəmizdə İDEYA İctimai birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya və Vəhşi Təbiəti Mühafizə fondunun birgə əməkdaşlığı ilə həyata keçirilir. Ölkəmizdə ceyran, bəbir, zubr layihəsinin davamı olaraq bu ildən nəcib maral layihəsi başlanmışdır. İsmayıllı milli park ərazisinə nəcib marallar da gətirilmişdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir