İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Rəqəmsal gənclik” layihəsi çərçivəsində təlim baş tutub. 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Leyla Cavadlı tərəfindən keçilən təlimdə “Qrafik dizayner” və “Geyim üzrə dizayner” ixtisasında təhsil alan tələbələrə qrafik dizayn, qrafik dizaynın tarixi, rəng kodları, rəng psixologiyası  “Canva” proqramının ilkin anlayışları, düzgün rəng və şrift seçimi mövzuları haqqında ətraflı məlumat verilib. Sonda tələbələr öyrəndiklərini praktiki şəkildə tətbiq ediblər. 

Təlim İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir