Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vəfatının 19-cu ildönümündə dərin ehtiramla Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin gəncləri tərəfindən də anılıb. Anım mərasimindən sonra gənclər dahi şəxsiyyətin adını daşıyan mərkəzdə bir araya gələrək, buradakı “Kino klubu”da Ulu öndər həsr olunmuş “Dahi şəxsiyyət” sənədli filmini izləyiblər. 

Film Heydər Əliyevin fəaliyyətini, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərini diqqətə çatdırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir