Azərbaycan Yazıçılarının keçirdiyi XIII Qurultayının nümayəndələri sırasında İsmayıllı bələsiyyəsinin sədr müavini, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri, şair-tərcüməçi, Prezident təqaüdçüsü Şahməmməd Soltanov (Dağlaroğlu) İsmayıllı ədəbi mühitini təmsil edib.
Qurultay nümayəndəsi yazarların ali məclisində çıxış etməsə də, onu təbrik edənlərə təşəkkürlə bərabər bu fikirləri çatdırıb: Qurultayımız bəlli hədəfləri bir daha tam aydınlığı ilə diqqətə çatdırdı. Şair olmaq təkcə şeir yazmaq deyil. Şair mənsub olduğu xalqın söz ordusunun əsgəridir. Azərbaycan əsgəri döyüş meydanında sözünü dedi. İndi növbə söz meydanına könüllü atılanlarındır.
“İsmayıllı xəbərləri”