İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi-masa keçirilib.

Keçirilən tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyi, onların gənc könüllüləri və digər müəssisə əməkdaşları iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətini və mahiyyətini gənclərə təbliğ etmək,  yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsini gücləndirmək olub.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını Vətən yolunda fəda edən igid oğulların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Çıxışçılarda XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa edilməsindən. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin  növbədənkənar sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməsi barədə məlumat verilib. Bu tarixi gün 2021-ci ildən yeni adla – Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.

28 May – Respublika Gününün Müstəqillik, 18 Oktyabr – Müstəqillik Gününün isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması tarixi zərurətdən irəli gəlir. 44 günlük Vətən müharibəsində rəşadətli ordunun və şücaətli qəhrəmanların qazandığı qələbə  bu adların daha dəqiq yazılmasını tələb edir. Vətən müharibəsində qalib gəlməklə biz ərazi bütövlüyümüzün və azad olunmuş ərazilərdə suverenliyimizin təmin olunması ilə yanaşı, müstəqillik tarixində ilk dəfə itirilmiş torpaqların geriyə alınmasına nail olduq. Bu səbəbdən də 18 oktyabr tarixinin müstəqilliyimizin bərpası günü kimi qiymətləndirilməsi heç də təsadüfi deyildir.

Leyla Ağamalızadə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir