Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı maliyəsi ilə “Optimist” Sosial Problemlərən Həllinə Yardım ictimai birliyi İsmayıllı rayonunda“Regionlarda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə kampaniyasının təşkili” mövzusunda layihənin icrası tədbirini keçirib.

Tədbirdə iştirak edən bələdiyyə təmsilçiləri layihəni əhatə edən mövzu ətrafında fikirlərini səsləndiriblər.

Çıxışlarda əhalinin ucqar dağ kəndlərinin tərk etməsi səbəblərini, bunun ətraf mühitə, xüsusilə də ekologiyaya birbaşa təsirindən danışıblar. Dağ kəndlərinin boşalmasında yolsuzluğun əsas səbəb olması qeyd olunub.

Layihənin rəhbəri Habil Niftalı və eksperti Taleh Alıyev çıxışlardan irəli gələn tələblərin aidiyyəti orqanlara çatdırılaçağını bildiriblər.

İştirakçılar bu kimi tədbirlərin kənd yerlərində, ictimaiyyətlə keçirilməsin əhəmiyyətli ola biləcəyini də qeyd ediblər.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir