İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov RİH başçısı yanında Adqoyma Komissiyasının 30 iyun 2022-ci il tarixli protokolunun müvafiq qərarını, “Şəhid adlarının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü bəndini və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.11.17-ci maddəsini əsas tutaraq Sərəncam imzalayıb.

İmzalanmış Sərəncama görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Dəmirov Vüsal Aydın oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə İsmayıllı şəhərində Nizami Gəncəvi, “Babadağ”, Nizami Səmədov küçələrini birləşdirən yolun Vüsal Dəmirov küçəsi adlandırılması qərara alınıb.

Sərəncamın icrası üçün aidiyyəti idarə, müəssisə və təşkilatlara, eləcə də səlahiyyətli şəxslərə tapşırıqlar verilib.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir