Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şirinov Etibar Fazil oğlunun doğum günü İvanovka kənd qəbiristanlığında qeyd edilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhidin ailəsi, yaxınları, şəhid ailələri, kənd sakinləri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər şəhid Etibar Şirinovun keçdiyi şərəfli ömür yolundan danışıb, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi igidlikdən bəhs ediblər.

İvanovka kənd tam orta məktəbinin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, Etibar 9 noyabr 2020-ci ildə Zəngilan ərazisində azad olunmuş kəndlərin birində öz döyüşçü yoldaşları ilə nəzarət işini təşkil edərkən, orada gizlənmiş mənfur düşmənin gülləsinə tuş gəlmiş və şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Etibar Şirinov “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir