Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Aqil Mirzəliyevin ad günündə adı verilən küçədə barelyefin açılış mərasimi keçirilib.

Mərasimdə RİH-nin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, şəhidin ailə üzvləri, həmçinin Qəbələ rayonundan olan bir qrup şəhid ailələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri qoyulub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Aqil Mirzəliyevin adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları barelyefin önünə gül dəstələri və əklil qoyublar.

Çıxış edənlər şəhidin mənalı həyatından və qəhrəmanlıq nümunəsi olan döyüş yolundan danışıblar. Bildirilib ki, A.Mirzəliyev döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif edilib.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Mərasim məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.

Sonda xatirə şəkli çəkilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir