İsmayıllı rayonunda gələn ilin məhsulu üçün 30000 hektar sahədə payızlıq dənlilərin səpini nəzərdə tutulub və hazırda hər yerdə bu mühüm kampaniyaya ciddi hazırlıq işləri görülməkdədir.

İsmayıllı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumatda bildirilir ki, artıq nəzərdə tutulan sahələrdə yay şumu çıxarılıb. Şumun aqrotexniki tələblər çərçivəsində başa çatdırılmasına ciddi diqqət göstərilir. Fermerlər tərəfindən payızlıq səpin üçün keyfiyyətli toxum tədarük ediblər.

Rayonda fəaliyyət göstərən 7 toxumçuluq təsərrüfatı satışa 10000 tondan çox kondisiyalı toxum çıxarıb. Səpinlə birlikdə sahələrə vermək üçün satıcı şirkətlər tərəfindən kifayət qədər şumaltı gübrələr, toxumun dərmanlanması, yarana biləcək zərərvericilərə və xəstəliklərə qarşı istifadə olunacaq pestisidlər də gətirilib. Oktyabr ayının ilk günlərindən payızlıq əkinlərə start veriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir