Ata qabağından yanaş, itə arxasından.
*
Ayı meşədən küsüb, meşənin xəbəri yoxdur.
*
Ay var bir günə dəyməz, gün var, min aya dəyər.
*
Bağlı qapıya xəta dəyməz.
*
Başmağımı geyə bilərsən, amma yerişimi yeriyə bilməzsən.
*
Bilik ağlın aynasıdır.
*
Bir adamı tanımaq istəsən, ya ortaq ol, ya da yol yoldaşı.
*
Bir ağacdan oxlov da olar, kürək də.
*
Bir ata yeddi oğulu bəslər, yeddi oğul bir atanı saxlaya bilməz.
*
Buxarının əyriliyinə baxma, tüstünün düz çıxmasına bax.
*
Erkək quşun yuvası olmaz.
*
Ev sözsüz olmaz, meşə çaqqalsız.
*
Ən böyük hədiyyə kitabdır.
*
Ət yeyən quşun əti yeyilməz.
*
Hər şeyin təzəsi, dostun köhnəsi.
*
Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
*
Məni sayanın quluyam, saymayanın ağası.
*
Sağ əlin verdiyini sol əl bilməməlidir.
*
Şahın da ələk satana işi düşər.
*
Şirin dil adama dost qazandırar.
(Əvvəli ötən sayımızda)
Göndərəni: Əli baba (Mehdiyev)