Redaksiyamız şəhid ailələrindən, onların yaxınları, dostları və əzizlərindən tez-tez məktublar alır. Məktubların bəzisində ürək sözlərini şeir şəklində ifadə etməyə çalışanlar da olur.
Belə məktublardan biri şəhid Ülvi Müseyibovun qardaşı Səxavətdən gəlib. Əlbəttə, Səxavət şair deyil, amma onun ürək çırpıntıları olan yazılarından bir neçəsini nizama salıb oxuculara çatdırmağı bir qələm sahibi kimi özümə borc bildim.
Şəhidləri sevmək, unutmamaq, ruhlarını şad etmək hər birimizin borcudur.
Şahməmməd Dağlaroğlu
Qardaşım öndə getdi
Axdı gözümün yaşı,
Göz yaşım dəldi daşı.
Başladı haqq savaşı,
Qardaşım öndə getdi,
Torpağı xilas etdi.
Almaq üçün qana qan,
Vətən istədi qurban.
Erməni deyil insan
Qardaşım öndə getdi,
Bayrağı xilas etdi.
Qanın töküb torpağa,
Can verdi Qarabağa.
Cənnət adlı bir bağa
Qardaşım öndə getdi,
Növrağı xilas etdi.
Unudulan deyilsən
Gəlib qəbrinin üstə,
Bir dəstə gül-çiçəklə,
Səni təbik edirəm
Qardaş, qırıq ürəklə.
Qəbrin üstə gələnin
Üzü ağ, sayı çoxdur.
Sənin bu təmtəraqdan
Heyif, xəbərin yoxdur.
Mənim cənnət qoxulu,
Qardaşım, rahat uyu.
Ən uca, məğrur boydu
Vətəndə şəhid boyu.
Unudulan deyilsən
Heç zaman, bircə gün də.
Borcluyuq, baş əyirik,
Qardaş, sənin önündə!
Adın dillərdə əzbər,
Bu ada can qurbandı.
Sənə oğlumsan deyən
Vətən – Azərbaycandır!
Məktub
Şəhid Ülvi Müseyibovun adından
Ata, başını dik tut,
Ana, ağlama daha.
Bacım, kədəri unut,
Dua elə Allaha.
Qardaş, öyün mənimlə,
De ki: O qəhrəmandır!
Ağlamaqla ruhumu
İncitməyin, amandır!
Cənnətdir olduğum yer
Göylərin son qatıdır.
Buradakı atmosfer
Ölməzlik həyatıdır.
Saxlamayın mənə yas,
Ölməmişəm, canlıyam.
Yağıdan aldım qisaq,
Belə dəliqanlıyam.
Məktubu yazdım axşam,
Salam, Ülvidir adım.
Əgər bir də doğulsam,
Yenə şəhid olardım!
Səxavət Müseyibov