Zəngin bir insan milyon dollarla ölçülən sərvət yığır. Həmən şəxs qərara gəlir ki, artıq özünə bir illik istirahət götürüb dəbdəbə içində yaşayacaq. Lakin o bu qərarı qəbul etdiyi gün ona ölüm mələyi nazil olur. Çox yaxşı ticarətçi olduğu üçün həmən şəxs istədiyi yolla mələkdən bir az belə olsa vaxt almağa qərar verir:
– Mənə yaşamaq üçün üç gün daha ver, bunun əvəzində sərvətimin üçdə bir hissəsini götürə bilərsən.
Lakin mələk razılaşmır.
– Yaxşı, iki… yox… üç milyon! Mənə heç olmasa bir gün ver. Mən yalnız sərvət yığmaqla məşğul olduğum üçün nə həyatdan zövq ala bilmişəm, nə də ailəmə lazımi diqqət göstərə bilmişəm.
Mələk yenə də razılaşmır. O zaman zəngin şəxs başlayır mələyə yalvarmağa ki, ona bir dəqiqə vaxt versin. Çünki həmin insan öz oğluna vida məktubu yazmaq istəyirdi. Mələk razılaşır. Vida məktubunda bu sözləri yazır:
“Öz vaxtının dəyərini bil! Sahib olduğum bütün sərvətlərə mən bir saat belə olsa ala bilmədim”.
Göndərən:
Bahar Abdullayeva