“Zoom” platforması üzərindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş Tələbə-Şagird Elmi-Praktik Konfransı keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyi və İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konfransda İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin könüllüləri, 6 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti, məktəbin məzunları iştirak ediblər.
Tədbirdə “Heydər Əliyev və Dünya Azərbaycanlılarının I Qurultayı” ,“Tarixdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”, “Azərbaycan Dünya Azərbaycanlılarının Vətənidir” mövzularında çıxışlar səsləndirilib.
S.Rəhimova