Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 Yanvar – Yeni il bayramı;
20 Yanvar – Ümumxalq Hüzn Günü;
8 Mart – Beynəlxalq Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
9 May – Faşizm üzərində Qələbə günü;
13, 14 may – Ramazan bayramı;
28 May – Respublika Günü;
15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü;
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
20 İyul – 21 iyul – Qurban bayramı;
8 Noyabr – Zəfər Günü
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.