Kim inanar qar qıza?
Şaxta baba, gələndə
Bol maska al Qar qıza.
Qalan yaxşı ad olar,
Sevilməyən yad olar.
Vergilər ödənilsə,
Kənd, şəhər abad olar.
İgidlərin cürəti,
Oldu zəfər qüdrəti.
Artaydı yeni ildə
İnternetin sürəti.
Düşmənə gor qazıla,
Xoş planlar cızıla.
İsmayıllı sevənlər
Bu qəzetə yazıla…