Ümumdünya Səhiyyə Təşkilatı müxtəlif ölkələrin ictimai sağlamlığın qorunması sahəsindəki fəalları ilə birlikdə 2020-ci il 31 may tarixini Ümumdünya Tütünsüz Günü kimi qeyd edəcəklər.
Bu qlobal kampaniya çəçivəsində əsas diqqət əvvəlki illərdə dünyanın tamamilə tütündən azad olunması istiqamətində əldə olunan naliyyətlərin davamına yönəldilmişdir.
20 yaşa qədər və 20 yaşdan yuxarı gənclərin siqaret çəkməyə başlaması, onları nəinki tütündən asılı vəziyyətə salır, sonrakı illərdə də hərəkət və davranışlarına nəzarət etmək qabiliyyətini itirir. Tütün sənayesi gəncləri bu ölümcül asılılığa qəsdən təhrik etdiyinə görə 2020-ci il Ümumdünya Tütünsüz Günündə əsas mövzu gənclərin qorunmasıdır.
Gənc insanları manipulyasiya etməyə cəhd edən tütün istehsalçıları, müəyyən qrup əhali üçün öz məhsullarını daha cəlbedici etməyə çalışaraq, çox vaxt gözəl firma qablaşdırması ilə onları “bəzəmək” üsullarına əl atırlar. 2020-ci il Ümumdünya Tütünsüz Gününə həsr olunmuş tədbirlər gənclərin sağlamlığını nəzarətdə saxlamağı və tütündən aslılıqdan imtina etməyə yönəlmişdir. Ümumdünya Səhiyyə Təşkiltı Ümumdünya Tütünsüz Günündə tütün əleyhinə iş aparan fəalları bu yaş qruplarını qorumaq üçün, həmçinin ictimai həyatda kampaniyalar və tədbirlər təşkil etməklə gələcək nəsillərin tütünə qarşı meylliliyi azaltmaqla gələcəkdə ondan tam azad olunmasını qarşısına məqsəd qoyur.
Son zamanlar Azərbaycan Respublikasında tütünçəkmə ilə mübarizə sahəsində böyük qanunverici, həmçinin təşkilati, metodiki və maarifləndirici işlər aparılır.
ÜST-nın məlumatına görə dünyada hər 13 saniyədə bir nəfər, il ərzində isə 5 milyondan artıq insan tütünçəkmədən, 600 000 insan isə tütün çəkən insanın çəkdiyi tütün tüstüsünun ikincili təsirindən həyatını itirir.
ÜST-nın tədqiqatlarına əsasən siqaret tüstüsündə 4000-dək kimyəvi maddənin olduğu müəyyənləşdirirlib ki, bunlardan ən azı 250-si zərərli maddələr, 50-si isə xərçəng yaradan maddələrdir. Tütünün tərkibində olan əsas zəhərli maddələrdən olan qətran, nikotin, zəhərli qazlardan (dəm qazı, hidrogen sianid, azot oksidi) radioaktiv maddələrdən olan polonium, bismut və s. maddələr insan orqanizmi üçün daha təhlükəlidir.
– Ağciyər xərçəngi: dünyada ağciyər xərçəngindən baş verən bütün ölüm hallarının 2/3-dən çoxu tütünçəkmə ilə əlaqədardır; ikincili tütün tüstüsünün təsiri isə tütün çəkməyən insanlarda ağciyər xərçənginin inkişaf riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu ölkələrinin bir çoxunda ağciyər xərçəngi onkoloji xəstəliklərdən baş verən ölüm təhlükələrinin əsas səbəblərindən sayılır. 2018-ci ildə regionda ağciyər xərçəngindən təqribən 430000 insan dünyasını dəyişmiş, elə bu dövr ərzində də yarım milyondan çox yeni xəstəlik halları aşkar edilmişdir. Ağciyər xərçənginin inkişaf riskinin tütünçəkmədən imtina etməklə azaltmaq olar: tütnçəkmədən imtina etdikdən 10 il sonra bu risk təqribən 2 dəfə azalır.
– Ağciyərlərin xroniki obstruktiv xəstəliyi və astma kimi respirator xəstəliklər tütünçəkmə ağrılı öskürək və çətinləşmiş ağır tənəffüslə xarakterizə olunan ağciyərlərin xroniki obstruktiv xəstəliyinin əsas səbəbidir.
Tütünçəkməni dayandırmaq üçün hazır olmayan insanlar aşağıdakı faktları yaddan çıxarmamalıdırlar:
-Tütünçəkmə sizin üçün və ətrafdakılar üçün təhlükəlidir. Tütünçəkmə çoxlu ölümsaçan, zəiflədici, eybəcərləşdirici xəstəliklərin inkişafına rəvac verən əsas risk faktorlarından biridir.
– Tütünçəkməni dayandırmaq yaxşı sağlamlıq üçün vacibdir və digər üstünlükləri təmin edir.
– Tütünçəkməni dayandırmaq heç vaxt gec deyil.
Tütünçəkmə insanın fəaliyyətini (hərəkətliliyini) məhdudlaşdıran və əlilliyə səbəb ola bilən astma xəstəliyinin kəskinləşməsinə gətirib çıxarır. Son göstəricilərinə əsasən 2017-ci ildə Avropa regionunda baş verən bütün ölüm hallarının 3,6%-i ağciyərlərin xroniki obstruktiv xəstəliyinin payına düşür. Tütünçəkmədən erkən imtina-ağciyərlərin xroniki obstruktiv xəstəliyinin inkişafını ləngidən və astma xəstəliyinin gedişini yüngülləşdirən ən effektiv üsuldur. Bununla yanaşı, ikincili tütün tüstüsünün təsirinə məruz qalan uşaqlar aşağı tənəffüs yollarının infeksiyaları ilə yüksək yoluxma riskinə, eyni zamanda astma, pnevmaniya və bronxit xəstəliklərinin inkişafına və dərinləşməsinə məruz qalır. Tütünçəkmə ilə vərəmin əlaqəsi yaxşı sübut olunub: tütün tüstüsünün tərkibinə vərəmin gizli infeksiyasını oyadan kimyəvi maddələr daxildir. Vərəmin aktiv forması ilə xəstə olan insanlarda tütünçəkmə əlillik və tənəffüs çatışmazlığı nəticəsində ölüm riskini artırır.
Ağ ciyərlərin sağlamlığının qorunması istiqamətində tütün əleyhinə mabarizə Çərçivə konvensiyasının həyata keçirilməsinin böyük töhfəsi olacaq. Ümumdünya Tütünsüz günü çərçivəsində Kampaniya ağciyərlərin insan sağlamlığı və rifahı (salamatlığı) üçün böyük əhəmiyyət kəsb edir və tütün tüstüsünün ağciyərlərin sağlamlığına çox böyük təhlükə törətməsi barədə ictimaiyyətin məlumatlandırılmasına yönəlmişdir.
ÜST-nın Çərçivə konvensiyasının və digər təşəbbüslərin geniş miqyasda həyata keçirilməsi bir çox insan həyatını qorumağa və əhalinin sağlamlığı və rifahını yaxşılaşdırmağa imkan verəcək.
X.Qəmbərov,
İsmayıllı rayon GEM-nin direktoru