İsmayıllı Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Silahlı Qüvvələri yaradılmasının 102-ci ili ərəfəsində hədəfi düzgün nişana alma – güllə atıcılığı üzrə rayon birinciliyi keçirib.
Birncilikdə məktəblərin yuxarı sinif şagirdləri, hərbi fənn müəllimləri və müharibə veteranları iştirak ediblər.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin hərbi müəllimi, QMƏVŞA ictimai birliyi İsmayıllı rayon filialının sədri, İsmayıllı bələdiyyəsinin sədr müavini Vidadi Zərbiyev daha sərrast atıcı olduğunu nümayiş etdirərək birinciliyin qalibi olub.
“İsmayıllı xəbərləri”