İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə heyəti Qanlı Yanvar hadisələrinin 30 illiyinə həsr olunmuş tədbirdə fəal iştirak edərək yüksək vətənpərvərlik ruhuna sahib olduqlarını nümayiş etdiriblər.
Rayon ictimaiyyəti tərkibində rayondakı Şəhidlər xiyabanını ziyarət edən gənclər axıdılan qanların qisasını alacaqlarına, tezliklə düşmən tapdağında olan torpaqlarımızın azad ediləcəyinə ümidvar olduqlarını bildiriblər.
Vətənə məhəbbət, düşmənə nifrət hissi ilə tərbiyə olunan gənclərimizə inanır, onların gələcəyə olan baxışlarından qürur duyuruq.
M.Ağayev