21 dekabr 2019-cu il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ilin son pedaqoji iclası keçirilib.
İclasda birinci semestrin başa çatması, payız imtahan sessiyasının başlanması, 2019-2020-ci tədris ilinin 1-ci semestri üzrə həyata keçirilmiş fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görülən işlər fənlərin tədrisində keyfiyyətin yüksəldilməsi üçün görüləcək işlər imtahanlara hazırlıq, müəllim-tələbə münasibətlərinin düzgün qurulması, dərsə davamiyyət, kollecdaxili nizam-intizam qaydaları, zəif oxuyan tələbələrlə iş və digər məsələlər müzakirə olunub.
Tədris və tərbiyə işlərinin təkmilləşdirilməsi ilə bağlı Pedaqoji Şura müvafiq qərarlar qəbul edib və
müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Ş.Abışova