7 noyabr 2019-cu il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin təşkilatçılığı ilə şəhərin 6 nömrəli tam orta məktəbində “Uşaq  hüquqlarının qorunması və müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə şöbənin müdiri Pakizə Abbasova açıb.  Mövzu ilə bağlı geniş açıqlamadan sonra şöbənin məsləhətçisi Rasim Rəhimov və məktəbin direktoru, Əməkdar müəllim Qalib Bəşirov məktəblilərə hüquqlarını bilməklə yanaşı, vəzifələrinin də olduğu barədə ətraflı məlumat veriblər.

Diskussiya şəklində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ləman Zeynalova,

məktəbin şagirdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir