Warning: Attempt to read property "post_excerpt" on null in /var/www/u0568213/data/www/papka_ismayilli/wp-content/themes/newsup/inc/ansar/hooks/hook-index-main.php on line 104

Topçu kəndində məktəb 1920-ci ildən mövcuddur. Ondakı ibtidai məktəbin ilk müdiri Məmmədov Emin Hacıməmməd oğlu olub. 12 il sonra, 1932-ci ildə məktəb yeddiillik olmaqla məscid binasında fəaliyyət göstərməyə başlayıb. Dörd sinif otağından ibarət məktəb iki növbədə işləyib. Məktəbə 1962-ci ilədək Rəfi Məmmədov, Zahid Məsimov, Rasim Məmmədov sonra isə Şükür Rəhimov direktorluq edib. 1962-ci ildə Topçu kənd məktəbi əlavə sinif otağı tikilməklə səkkizilliyə çevrilib.

1968-ci ildə tikilən fin tipli məktəb 6 sinif otağından ibarət olub. 2 il sonra bu təhsil ocağı orta məktəb statusu alıb. Məktəbin 1971-1972-ci dərs ilində 23 nəfər məzunu olub. 1976-cı ildə kənddə 480 şagird yerlik  məktəb tikilib. 1971-ci ildən 1982-ci ilədək məktəb direktoru işləmiş Şükür Rəhimovu 1982-1987-ci ilə qədər Adil Vəliyev, onu isə 1987-2015-ci dərs ilinədək Fəzail Şirəliyev əvəz edib.

Məktəb məzunlarından Osmanov Zahid Nəsib oğlu və Rəhimov Rəhim Şükür oğlu fizika və riyaziyyat üzrə elmlər namizədidirlər. 2015-ci ildən isə məktəbin direktoru Allahverdiyeva Xavər Şahı qızıdır.

O, 1980-ci il oktyabrın 19-da İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. Həmin kənddə orta təhsil alıb. Tarix fənninə, müəllim peşəsinə böyük həvəsi olduğundan 2000-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Ali məktəbi qırmızı diplomla bitirib. 2004-cü ilin sentyabr ayından təyinatla Qurbanəfəndi tam orta məktəbində ana dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 2014-cü ilin sentyabr ayında Topçu kənd tam orta məktəbinə direktor vəzifəsinə irəli çəkilib. Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir.

X.Abdullayeva direktor vəzifəsinə təyin olunduğu ildən məktəbin uğurları artmaqdadır. O, ilk növbədə savadlı müəllimləri məktəbə cəlb edərək pedaqoji kollektivi, məktəbdəki nizam-intizamı gücləndirib. Son bir neçə ildə məktəb bir sıra pedaqoji tədbirlərin, hətta beynəlxalq konfransların məkanına çevrilib.  Məktəb məzunlarının ali məktəblərə qəbul faizi artıb.

Artıq üçüncü ildir ki, İsmayıllı rayon Topçu kənd tam orta məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində həm fərdi, həm də

ümumtəhsil müəssisəsi müsabiqəsi üzrə qalib olur. Belə ki, 2017-ci ildə məktəbin ibtidai sinif müəllimi Gülər Babayevanın təhsildə inkişaf və innovasiyalar “Qrant -1” müsabiqəsinin fərdi kateqoriyası üzrə “Məktəbli valideyn” adlı layihəsi, 2018-ci ildə isə məktəbimizin ingilis dili müəllimi Tünzalə Mustafayevanın fərdi kateqoriya üzrə “Sabahını bu gün yarat“ adlı layihəsi qalib olub. Sevindirici haldır ki, 2019-cu ildə ümumtəhsil müəssisəsi kateqoriyası üzrə məktəb rəhbərinin “Öyrətmək yenidən öyrənməkdir” adlı layihəsi qalib elan olunub.

 İsmayıllı məktəbləri arasında bu sahədə ilk qalib olduğu üçün layihə rəhbərindən qazanılan uğur  haqqında danışmağı xahiş etdim. Xavər Allahverdiyevanın dediklərindən:

– Yeni qiymətləndirmə sisteminin yaradılması prosesinin müəllim hazırlığı sahəsində aparılan islahatlarla sıx əlaqəli şəkildə həyata keçirməsi, ciddi vəzifələrdən hesab olunur. Şagirdin tədris ili boyunca geri qalmasına imkan verməməli, əksinə, hər bir şagirdin nailiyyəti diqqət mərkəzində olmalıdır. Bu baxımdan şagird nailiyyətinin qiymətləndirilməsi davamlı, dinamik və rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi vacibdir. Yeni qiymətləndirmə ilə tanış olmayan müəllim və şagird bir sıra çətinliklərlə üzləşir. Onlar sualları səviyyələrə görə ayırmaq və suala əsasən balları çıxarmaq, sualların sayına görə bal sistemi ilə qiymətləndirmə apardıqda çətinlik çəkərək vaxt itkisinə yol verirlər. Savadlı şagirdlər testlərin öhdəsindən gəlsələr də, zəif oxuyan şagirdlər test zamanı testin açıq və ya qapalı olması ilə maraqlanırlar. Açıq tipli test onlar üçün çıxılması mümkün olmayan dağa çevrilir. Buna görə də bu çətinlikləri aradan qaldırılması üçün müəllimlər üçün öyrədici kurs təşkil etmək yerinə düşər. Söylənilən bu  problemləri nəzərə alaraq dövlətimizin bizim üçün yaratdığı bu  gözəl şansdan istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant 3 müsabiqəsi çərçivəsində ümumtəhsil müəssisəsi kateqoriyası üzrə “Öyrətmək yenidən öyrənməkdir” layihəsini icra etmək üçün İsmayıllı rayon Topçu kənd tam orta məktəbinin rəhbərliyi və müəllim kollektivi qarşısına məqsəd qoymuşdur.

Layihəmizin adından məlum olduğu kimi, əsas məqsəd digər kənd məktəblərinin müəllimləri ilə əl-ələ verib yeni qiymətləndirməyə əsasən öyrədici kurs təşkil etməkdir”.

Bəli,  hər bir müəllim kimi Xavər müəllimənin də bir məqsədi var. Vicdanla, şərəflə öz peşəsini sevərək gələcək nəsilləri düzgün və əsl milli-mənəvi  dəyərlərimizə sadiq vətəndaşlar kimi  yetişdirməkdir. Bu yolda uğurlar bizi gözləyir.

Gülər Babayeva,

Topçu kənd tam orta məktəbinin müəllimi

Bir yanıt yazın