Çox hörmətli cənab Prezident!
6 may 2019-cu il tarixdə İsmayıllı rayon Mədəniyyət sarayında Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Sərəncamınız əsasında Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış layihələrin təqdimat mərasimi keçirildi.
Həmin təqdimat mərasimində Basqal qəsəbəsinin gələcək inkişafını əks etdirən video-çarx nümayiş etdirildi. Biz bu təqdimatdan Basqalın parlaq, işıqlı gələcəyini gördük. Bütün bu işlərə görə, cənab Prezident, Sizə basqallılar adından dərin minnətdarlığımızı bildirir və inanırıq ki, Basqal qədimliyini qorumaqla müasir görkəm alıb inkişaf edəcək, gözəlləşəcək və bu layihələr real həyat həqiqətinə çevriləcək.
Ən böyük arzumuz Sərəncam əsasında tikilən obyektlərin açılışında Sizi və hörmətli Mehriban xanımı Basqalda görməkdir. Minnətdarlıqla inanırıq ki, bu arzumuz da reallaşacaq.
Sizə dərin hörmət və ehtiramla:
Novruz Əsədov
Miryavər Hüseynov
Çingiz Məhərrəmov
Qaragöz Cəfərov
Fəyyaz Mustafayev
Rayihə Piriyeva
Ağasəfər Qafarov
İsmayıllı rayonu, Basqal qəsəbəsi, 6 may 2019-cu il