İsmayıllıda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar işlər davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən görülən işlərin davamı olaraq Qaraməryəm-Şəki avtomobil yolundan ayrılan 7 kilometr uzunluğunda Quşencə-Zoğallıq yolu yenidən qurulur. Texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb. Daha sonra asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
“İsmayıllı xəbərləri”