Mən döşümə döyüm necə,
Deyim mənəm, mənəm indi.
Bu dünyadı, qatarına
Mənim kimi mini mindi.
Qarasından saya nə var ?
Məni adam saya, nə var…
Dünya üçün saya nə var,
Biri birdi, mini mindi.
Mən döşümə döyüm necə,
Deyim mənəm, mənəm indi.
Bu dünyadı, qatarına
Mənim kimi mini mindi.
Qarasından saya nə var ?
Məni adam saya, nə var…
Dünya üçün saya nə var,
Biri birdi, mini mindi.
Nə qismət var, nə qədər var,
Boşdu, pul ki nə qədər var.
Nadan, namərd nə qədər var…
Boynumuza minə-mindi.
Başıma kül, ya gül əndərt,
Olmaz üzümə gülən dərd.
Haqsız dünyadan gələn dərd
Kimə birsə, mənə mindi.
Bir az qızıl, bir az almaz,
Qəlbim aldığın az almaz.
Şairin dərdi azalmaz,
Nəyi varsa minə mindi.
Nazir Ziya Talıstanlı
Ömür təzələnmir
Bugünkü həyatın –“ dünənki arzun,
Günahkar özünsən, gileyli olsan.
Rahat həyat üçün tər tökməlisən,
Rahatlıq pay deyil, verəsən asan.
Arzuyla sabaha yol getmək olar,
Bu yolda ədəbə, ərkana güvən.
Elə nizamla ki, fikirlərini,
Özün “sən” qalasan, dəyişməyəsən.
“İntizam uğurun pilləkənidir”,
Bunu bilə-bilə üz tut zirvəyə.
İçində gözəllik sarayı yoxsa,
Sən nəyi sevərsən: “Gözəldir!” – deyə.
Ömür təzələnmir, vaxt geri dönmür,
Dəmir intizamla özünü sına.
Özün sevmədiyin həyatı, ömrü
Sevdirə bilməzsən bir başqasına.
Gördüyün iş üçün mükafat umma,
Nəyi əkmisənsə, odur biçdiyin.
Sabahkı gülüşün, ya göz yaşındır,
Bu gün bəyəndiyin, bu gün seçdiyin.
Şahməmməd Dağlaroğlu
Tərəfindən
Getdikcə itirir dadını dünya,
Yəqin, kəsiri var duz tərəfindən.
Saydıqca qurtarmır qış günlərini,
Barmaqla sayılır yaz tərəfindən.
Özümüz kəsdik, eh, bar-bərəkətin,
İçdik dadlı qanın, çeynədik ətin.
Sağalmağı çətin, durmağı çətin,
Saysız yara alıb biz tərəfindən.
Doyura bilməyir istəyimizi,
Ölçüsüz-biçisiz diləyimizi.
Ona görə yığıb aparır bizi
Astar tərəfinə üz tərəfindən.
Baxıb bu gününə görürəm sonun,
Dəyişə bilmirəm köhnəlmiş donun.
Əgər əyrisini düzəltsəm onun,
Əyilib gedəcək düz tərəfindən.
Oqtay İsmayıllı
Yaltaq
Adam var ki, vallah, ağzı
Filankəsin dalındadır.
Məst olubdur, hey sülənir,
Sağında, gah solundadır.
Hünərli süpürgə
Dümük, yoluq süpürgə,
Gələrək bir gün təngə,
Başqa bir süpürgəyə
Dedi, düşüb min rəngə:
–“ Görürsənmi məndəki
Əzəməti, dözümü?
Gözəl görünüm deyə
Yolub, tökdüm özümü.
Xalıq Yusifoğlu
Г‡içəklər
Qəlbimdən boylanan arzu,
Könlümə köçən bahardır.
Götürüb əlvan çiçəklər
Ruhumu hara apardı?!
Əvvəlindən sona kimi,
Bir xatirə ocağıdır.
Ətri, rəngi, gözəlliyi,
Elə cənnət qucaДќıdır.
Dərdim, qəmim, intizarım,
Bəlkə elə son ahımdır.
Bu çiçəklər al qırmızı,
Lalələnən günahımdır.
Baharda yazdığım nəğmə,
Payıza boylanan həsrət.
Bu çiçəklər üzü dönmüş,
Məhəbbətdir, ilk məhəbbət!
Murad Məhərrəmov
Görünür
Şou-biznesin bəzi üzdəniraqlarına
Müğənni cildində hay salan ki var,
Gözümə bir oğru, cani görünür.
Abırsız-abırsız xalqa dərs deyir,
Sənəti görünmür, “şanı” görünür.
Üzünün suyunu kim necə yudu?
Sönüb külə dönüb ar,namus odu.
Bəlkə abstrakt təfəkkür budu,
Üzünə baxırsan, yanı görünür.
Ev-eşik görməyib, çıxıb meşədən,
Görünmür fınxırdıb bunu kişnədən.
Sanki libasını geyib şüşədən,
Mürdəşirə həsrət canı görünür.
Belə dar şalvara necə giribsə,
Baş sındır, fikrə dal, otur qəribsə.
Yarpaqca parçadan nə tikdiribsə,
Diqqətlə baxanda donu görünür.
Əlhəzər padoşüz, küt “manıs”lardan,
Nəvə-nəticəli “subay” qızlardan.
Elə üzülürəm həyasızlardan,
Sanıram, dünyanın sonu görünür.
Tərlan Saleh
Bu qızın
Həsrəti, nisgili gözündən daşar,
Ürəyi ağrıdı, dərddi bu qızın.
Ağlının ucundan asılıb yaşar,
Abırı-həyası mərddi bu qızın.
Məhəbbət istəyər, sevgi gözləyər,
Nağıl quraşdırar, xəyal izləyər.
Hardasa bir adı hey əzizləyər,
Düşüb qarşısına səddi bu qızın.
Yetim ürəyinə tay arzulayar,
Allahdan bir qismət, pay arzulayar.
Sevən arzulayar, toy arzulayar,
Bəs niyə taleyi sərtdi bu qızın?
Xatın
Gəl
Г‡ox pis yuxu görmüşəm,
İt səsiydi səsim, gəl.
Sənə qurban demişəm
Əllərimi, kəsim, gəl!
Bəsdir oynadın, doy da,
Mənə tutduğun toyda…
Burnunun ucu boyda
Darıx mənçün, bəsim, gəl.
Nə getdi, məndən getdi,
Bitdi, bu nağıl bitdi…
Gəlee məni tərk etdi
Ən sonuncu kəsim, gəl.
Turac Hilal
Ötəri
Ömrünü yorma cahandan ötəri,
Nə də bir qəlbi yamandan ötəri.
Unutma adını anmış kəsi sən,
Əl uzat kömək umandan ötəri.
Bəxtiyarlıq açarın ələ alıb,
Haqqı danma çalış şandan ötəri.
Xoşbəxt sanma özünü şöhrət ilə,
Sərf etmə ömrü xoş andan ötəri.
Ötüşür, dönməz olur hər gün ömür,
Atma Vətəni sən candan ötəri.
Oynama yaş ilə, əyləncə sanıb,
Dilə Haqdan əhv imandan ötəri.
Gülxaram, çarəmi Haqdan dilərəm,
Ölərəm Haqqa inamdan ötəri.
Gülxar Cəbiqızı
Tənha görməsinlər
Möhtac idim bu şəfqətə,
Bələ məni məhəbbətə.
Könül verim saf ülfətə,
Məni tənha görməsinlər.
Axıtmayım göz yaşımı,
Sevim dostu, sirdaşımı.
Məhəbbət qatsın başımı,
Məni tənha görməsinlər.
Ömrün nigaran anında,
Sevdiyin ola yanında.
Dərdin gülən zamanında,
Məni tənha görməsinlər.
Qovam dərdi, atam qəmi,
Sevəm sevdalı aləmi.
Qayğın ola can dərmanı,
Məni tənha görməsinlər.
Surə Cəbrayılova
Yoxdur
Həsrətin çəkirəm çölün, çəmənin,
Daha gözlərimin təpəri yoxdur.
Gözümdən asılan zülmət gecənin,
Üzümə açılan səhəri yoxdur.
Alışıb ürəyim, odlanıb gedib,
Əyilib qamətim, qatlanıb gedib.
Zaman başım üstdən atlanıb gedib,
Məni götürəsi kəhəri yoxdur.
Dünyaya dünyadan küsüb gəlmişəm,
Gözümün yaşında üzüb gəlmişəm,
Kədər qazanmışam, sevinc bölmüşəm,
Üstümdə heç kəsin nəzəri yoxdur.
İllər səpələyib başıma qarın,
Ətrini duymuram gələn baharın.
Mənzilim başına çatan qatarın
Geriyə dönəsi təkəri yoxdur.
Qızılı payıztək üzü solğunam,
Ürəyi kövrəyəm, gözü dolğunam.
Bu uca göylərə elə vurgunam,
Allahla qəlbimin çəpəri yoxdur.
Məşhədə, Məkkəyə imkanım uzaq,
Mənim səcdəgahım bu doğma torpaq,
“Hacı“ adı alıb qayıdana bax,
Dilində “Allahu-Əkbəri“ yoxdur.
Yaşadım ömrümü səxavətdə mən,
Elimə-obama sədaqətdə mən.
Köçərəm dünyadan bu surətdə mən,
Mənim həyatımın bənzəri yoxdur.
Cəbrayıl Hüseyn
Г‡əkmə qəmi
Dərd ikiyə böldü məni,
Ağlayıram, həm gülürəm.
Dərdlər hücum etsə yenə,
Tək öhdəsindən gəlirəm.
Paralanıb, parçalanıb,
Neçə yerə haçalanıb,
Ürək dözüb, amma hərdən,
Ağrı ağrıya calanıb.
Bir ömürlük qonaq gəldim,
Dünyanı son məkan bildim,
Öz dünyamda dərddən gizli,
Mən yüz yol ölüb dirildim.
Ruhum sakit, özüm sakit,
Ağlar, gülər gözüm sakit,
Ürəyimdə dərd yığını,
Г‡əkdiyim dərd izim sakit.
Г‡əkmə qəmi faydası yox,
Dərd içində ağlama çox.
Dünyaca dərd tapsa səni,
Dünyaya gülər üzlə bax.
Mehriban İbrahimova
Bəndənəm mən
Dostlar deyir nurluyam,
Aydanam, gündənəm mən.
Tanrı, tanrımsan mənim,
Bəndənəm, bəndənəm mən.
Bütöv Vətən şöhrətim,
Dilim ruhum, sərvətim.
Tarix adlı çox qədim
Fəndənəm, gəndənəm mən.
Bir güləm solan güllə,
Könüləm saf könüllə.
Zəmidəki sümbüllə
Dən-dənəm, dən-dənəm mən.
Artsa odun həniri,
Г‡əkilimmi mən geri.
Ay anamın təndiri,
Kündənəm, kündənəm mən.
Hayıfdı atılan haqq,
Qolları çatılan haqq.
Tək əlli tutulan haqq…
Səndənəm, səndənəm mən.
Vüqar Vaqifoğlu
Təranə
Müəllim Təranə Məmmədovaya
Qayğıkeş müəllim, əziz anasan,
Bilmirəm mələksən, yoxsa sonasan.
Girmədin gündə bir fərqli dona sən,
Könlümün kamanı, tarı, Təranə.
Heyranam səndəki səmimiyyətə,
Qəlbində gül açan təmiz niyyətə.
Bağlısan evinə, ilk məhəbbətə,
Olmusan bəxtinin yarı, Təranə.
Г‡atır dan yerinə hər gün salamın,
Deyirsən, bar versin ömrü balamın.
Sənin baldan şirin sözün, kəlamın,
Qiymətdən salıbdır varı, Təranə.
Səndən öyüd alır körpə balalar,
Balalar böyüyüb, tikər qalalar.
Xoş olar, onlar da səntək olalar,
Seçələr gül ilə xarı, Təranə.
Ömrünü bağladın haqqa, halala,
Şirin arzuların qismətin ola.
Nur yağa ömrünə, keçdiyin yola.
Sən bal arzulusan, arı Təranə.
Uzaqda qalasan xəbis gözündən,
Təbəssüm süzülə gülən üçandən.
Küsmə Xuramanın gəl, bu sözündən,
Yüz yaşa, ol nənə, qarı, Təranə.
Xuraman Baxış
Bəxtin qolu qolunda
Səbinənin doğum gününə
Bağçamda nə qədər gül açılıbsa,
İstərəm adına üzüm, Səbinə.
Üzdüyüm ətirli, o tər gülləri,
Getdiyin yollara düzüm, Səbinə.
Evimdə çıraqsan, gündüz, həm axşam,
Hüsnünə ilk gündən heyran olmuşam.
Əvvəl də adına şeir yazmışam,
Tükənmir söhbətim, sözüm, Səbinə.
Sənə sevgim ilə varlıyam, sağam,
İstərəm nur olub ömrünə yağam.
Nə qədər ömrüm var, sənə dayağam,
Üstündə olacaq gözüm, Səbinə.
Durub əzizlərin sağla solunda,
Xoşbəxtsən, bəxtinin qolu qolunda.
Sənə Tanrı verən ömür yolunda,
Dözüm diləyirəm, dözüm, Səbinə.
Şərqiyyə Balacanlı