Cəmiyyətimizin sağlamlığının qorunması işlərində tibb bacılarının üzərinə düşən vəzifələr olduqca mühüm və əhəmiyyətlidir. Dövlətimiz tərəfindən səhiyyənin inkişafı üçün atılan addımların əsas hissələrindən biri də kadr hazırlığıdır. İşlə təminat başlıca şərtdir    Respublikamızın regionlarında və ucqar məntəqələrində kadr çatışmazlığını aradan qaldırmaq üçün ölkə rəhbərliyi tərəfindən mühüm işlər görülür. Bu sahə üzrə kadr hazırlığı həyata keçirən müəssisələrdən biri də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecidir.
Tibb bacısının işi ixtisası üzrə aparılan kadr hazırlığı yüksək ixtisaslı həkim-müəllimlər tərəfindən müasir tibbi biliklər əsasında aparılır. Bu prosesin davamı olaraq tələbələrimiz kollecdə aldıqları nəzəri bilikləri İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında keçdikləri istehsalat təcrübəsi ilə möhkəmləndirirlər.
Tələbələr xəstəxananın tibb bacıları ilə birlikdə müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edirlər. Onlar cərrahiyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, müxtəlif laboratoriyalarda iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyirlər.
Tələbələr müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanada praktiki vərdişlərə yiyələnirlər. Bu vərdişlərin qazanılması onların əməli işində əhəmiyyətli rol oynayır. Təsadüfi deyil ki, kollecimizdə tibb bacısının işi ixtisası üzrə təhsil alan əvvəlki illərin məzunlarının demək olar ki, hamısı respublikamızın müxtəlif regionlarında işlə təmin olunublar.
Asəf Məmmədov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir