6 aprel 2018-ci il tarixində İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsində “Yeni salınacaq fındıq bağlarında, tütün əkiləcək sahələrdə və tütün şitilliklərində, eləcə də barama qurdunun saxlanılması üçün hazırlıq işlərinin gedişi” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə Rayon İcra Hakimiyyətinin nümayəndəsi, kənd təsərrüfatı mütəxəsisləri, bələdiyyə sədrləri, fermerlər və kümçülər iştirak ediblər. Tədbirdə yeni salınmış fındıq bağlarında mövcud vəziyyət, tütün əkininə hazırlıq, tütün şitilliklərinə qulluq işləri müzakirə edilib, eləcə də baramaqurdunun bəslənilməsi üçün mövcud yem bazasından səmələri istifadə olunması və baramaqurdu saxlanılacaq yerlərin hazır vəziyyətə gətirilməsi diqqətə çatdırılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Sonda fermerləri, kümçüləri narahat edən məsələlər aydınlaşdırılıb, suallar cavablandırılıb.
Əsmər Abbasova