10 may 2018-ci ildə İsmayıllı rayon Vaqif Qəhrəmanov adına Keyvəndi kənd tam orta məktəbində İsmayıllı Bilik Evinin təşkilatçılığı ilə Ulu Öndərin 95 illiyinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən məktəbin direktoru Qurban Ağayev Azərbaycanın yüksələn xətlə inkişaf strategiyasının yaradılmasında Ümumilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəsinin banisi, xalqımızın və dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur. Fenomen şəxsiyyət Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb. Bütün ömrünü xalqa həsr etmiş ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən biri və ən başlıcası uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır.
İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova da öz çıxışında Ulu Öndərin gənclər siyasətinin banisi kimi gənclərin inkişafında dəstəkləyici mühit rolunu qeyd edib. Vurğlayıb ki, ulu öndər Heydər Əliyev müdrikliyi, onun təkcə dövrünün qayğı və problemləri ilə yaşamaması, zamanı qabaqlayaraq irəlini görməsi, gələcəkdə ölkəni uğurla idarə edə biləcək lider yetişdirməsindədir. Dahi rəhbərin müəyyən etdiyi siyasi kursu xalqımız yekdilliklə dəstəkləyərək onun davam etdirilməsini Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi və bayraqdarı, bütün fəaliyyətini Azərbaycan dövlətinin strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən Prezident cənab İlham Əliyevə etibar edib. 2018-ci ilin 11 aprelində xalqımız tərəfindən səbirsizliklə gözlənilən şanlı və tarixi seçim Azərbaycanın getdikcə artan siyasi nüfuzunun növbəti parlaq qələbəsi və Heydər Əliyev siyasətinin uğurlu təntənəsidir. Bir həqiqətdir ki, Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində ciddi uğurlar əldə edilib, xalqımız və dövlətimiz üçün, sözün əsl mənasında, taleyüklü sayılan, həyat əhəmiyyətli transmilli layihələr reallaşıb.
Tədbirin davamı olaraq Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən video çarx və film izlənilib. Məktəblilərin ifasında şeirlər dinlənilib, ədəbi bədii kompazisiya nümayiş olunub.
Elnarə Qasımova