4 may 2018-ci il tarixdə İsmayıllı rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində Ümummilli Lider, Heydər Əliyevin 95 illik yubileynə həsr olunmuş tədbir keçirilib. Ulu Öndərin 95 illik yubileyi qeyd olunubTədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları, RİH-in Qalacıq üzrə İƏD nümayəndəliyinin əməkdaşları, Bələdiyyə və kənd Sənətkarlıq klubunun əməkdaşları, məktəb kollektivi, məktəblilər və kənd sakinləri iştirak edib.
Əvvəlcə iştirakçılar Ulu Öndərin mənalı həyatını və siyasi fəaliyyətini əks etdirən guşəyə və məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar. Ardınca akt zalında təşkil olunmuş tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli filmin nümayiş etdirilməsi ilə başlayıb.
Ulu Öndərin 95 illik yubileyi qeyd olunubGiriş nitqi ilə çıxış edən məktəbin direktoru Rusan Qasımov Ulu Öndərin həyat yoluna nəzər salıb. Heydər Əliyevin nəsillərə örnək olan şərəfli ömür yolundan, milli dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışıb, dahi şəxsiyyətin ölkəmizin siyasi və iqtisadi tərəqqisində, ictimai həyatımızın bütün sahələrində müstəsna rolunu qeyd edib, milli maraqları daim hər şeydən üstün tutan ulu öndər Heydər Əliyevin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib. Ulu Öndərin 95 illik yubileyi qeyd olunubTədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşı Murad Məhərrəmov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıb. Bildirib ki, Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkədə sabitlik təmin olunmuş, respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, demokratiyanın inkişafı üçün münbit şərait yaradılmışdır. Ulu Öndərin 95 illik yubileyi qeyd olunub “Bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyası, dövlət mülkiyyətinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrələrini vermişdir. XX əsrin ən böyük layihələri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq yalnız bölgə üçün deyil, bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir”.Ulu Öndərin 95 illik yubileyi qeyd olunubİsmayıllı Rayon Təhsil Şöbəsinin inspektoru, Respublikanın əməkdar müəllimi Şəfaqət Rəsulov çıxışında Dahi rəhbərin Azərbaycan tarixində, xüsusilə də təhsilimizin tarixində gördüyü işlərdən söz açıb. Vurğulayıb ki, Bu gün Heydər Əliyev milli dövlətçilik ideyalarının uğurla həyata keçirilməsi, genişmiqyaslı quruculuq işləri, uğurlu xarici siyasət respublikamızı regionun lider dövlətinə çevirib, Azərbaycan dünyada analoqu olmayan iqtisadi inkişaf sürətinə nail olub.Ulu Öndərin 95 illik yubileyi qeyd olunubDaha sonra İsmayıllı RTŞ-nın metodistləri Sədəf Mikayılova və Rəna Mirzəliyeva çıxış edərək dövlətçiliyimizin inkişafında ümummilli liderimizin fədakar əməyindən bəhs edərək, Təhsilə göstərilən diqqət və qayğıdan danışıblar. Ulu Öndərin 95 illik yubileyi qeyd olunubSonda məktəblilərin ifasında Ulu Öndərin ruhuna layiq şeirlər səsləndirilib, ədəbi-bədii kompazisiya nümayiş etdirilib.
Elnarə Qasımova
Ulu Öndərin 95 illik yubileyi qeyd olunub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir