İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində “Cümhuriyyət ili”nə həsr olunmuş fəaliyət planına uyğun olaraq mərkəzin dərnəklərində vaxtaşırı olaraq açıq dərslər keçirilir.
28 aprel 2018-ci il tarixində İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən “Bədii qiraət” dərnəyində, dərnək rəhbəri Kifayət Xalıqovanın “Səməd Vurğun yaradıcılığına həsr olunmuş açıq dərsi dinlənilib.
Dərs interaktiv üsulların səmərəli istifadəsi ilə digərlərindən seçilib. Şagirdlərin aktiv fəaliyyəti nəticəsində Dövlət Bayrağımızın hissələri birləşdirilərək təqdim olunub. Dərs müddətində Azərbaycan tarixi və ədəbiyyatı təbliğ olunub.
E.Qasımova