İsmayıllı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi-müəllimi Cahangir Niftalıyev 12-22 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş Beynəlxalq Şahmat Federasiyasının turnirində qarşılaşdığı rəqiblərə xal vermədən birinci yerin sahibi olub.
Bu qələbəyə görə o, idman ustası adına layiq görülüb.
Gənc şahmatçımızı təbrik edir, ona uğurlar arzulayırıq.
Tural Haşımov,
məktəbin müəllimi